Qazaxda yeni çəkilən yol çökdü

18:20 19-04-2021 33

Qazax şəhərində altı ay əvvəl çəkilən yol çöküb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, şəhərdə küçələrinin birində yol təzə təmir olunsa da, artıq çöküb.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli HerGun.Az-a bildirib ki, qurum şəhərdaxili yollara nəzarət etmir:

“Orada yaranan hər hansı bir problemə cavabdehlik daşımırıq. Digər tərəfdən də şəhərlərdə bütün kommunikasiya xətləri yolların altı ilə keçir. Bir ərazidə iki kvadratmetrlik ərazidə yaranan problemin bütün yola aid edilməsi düzgün deyil.

Yolun hər hansı bir hissəsində 2-3 metrlik problemin olması o yolun keyfiyyətli çəkilməməsi demək deyil”.

İlhamə Əbülfət