Sumqayıtda bədbəxt hadisə - VİDEO

19:00 19-04-2021 30

Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən yataqxanada güclü partlayış olub. Mənzillərin birində qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.

Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı yanıq mərkəzinə göndərilib. Zərərçəkmiş Ülviyyə Xasiyeva deyir ki, bədbəxt hadisə baş verən an oğlu hamamda imiş.

Hadisə şahidləri deyir ki, 2 saylı Yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın divarı da dağılıb.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il bundan öncə tikilib. Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.

Daha ətraflı Baku TV-nin süjetində: