“Lids” “Liverpul”la oyunöncəsi Superliqaya etiraz edib – FOTO/VİDEO

00:00 20-04-2021 35

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Lids Yunayted”-“Liverpul” qarşılaşması öncəsi ev sahibi komanda Avropa Superliqasının yaradılmasına özünəməxsus şəkildə etiraz edib.

Sports.ru xəbər verir ki, tribunalarda “Meydançada layiq olun. Futbol azarkeşlər üçündür” şüarı yazılmış plakat peyda olub. Futbolçular isə isinmə hərəkətləri etmək üçün meydançaya üzərində həmin sözlər yazılmış və Çempionlar Liqasının loqosu həkk olunmuş geyimdə çıxıblar.

Bununla yanaşı, stadionun qarşısında da xoşagəlməz insident yaşanıb.

Belə ki, sosial şəbəkələrdə Lidsdəki “Elland Roud” stadionuna daxil olan qonaq komandanın avtobusunun yerli azarkeşlər tərəfindən etirazlarla qarşılanmasını əks etdirən görüntülər yayılıb.

Stadionun qarşısında toplaşan “Lids” azarkeşləri “Livepul”un ünvanına təhqirlər yağdırıb və qonaqları fitə basıb.

Qeyd edək ki, “Liverpul” Avropa Superliqasının əsasını qoyan klublardan biri kimi çıxış edib.