Braziliya Venesuelaya qarşı sanksiyalar tətbiq edəcək

07:18 07-08-2019 507

Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tətbiq etməyə hazırlaşır.

TASS xəbər verir ki, hazırda Braziliyanın Xarici işlər və Ədliyyə nazirlikləri ölkə konstitusiyasının prinsipləri və məqsədlərinə zidd fəaliyyət göstərən Venesuelanın yüksək vəzifəli şəxslərinin siyahısını hazırlayırlar.

Bu şəxslərə Braziliyaya giriş qadağan ediləcək.

Müvafiq sanksiyaların tətbiqi haqqında Braziliyanın xarici işlər naziri Ernestu Arauju Venesueladakı vəziyyətə dair Limada keçiriləcək konfransda bəyan edəcəyi gözlənilir.