Fransa Futbol Federasiyası intim videoya görə iki futbolçunu cəzalandırdı

19:20 23-04-2021 418

Fransa Futbol Federasiyası “Arsenal”ın icarə əsasında “Nitsa”da çıxış edən futbolçusu Vilyam Saliba və “Brayton”un gənclərdən ibarət komandasında çıxış edən Ulrik Eneme-Ellanı intim videoya görə cəzalandırıb.

Bu barədə “Get French Football News” məlumat yayıb.

Nəşr qeyd edir ki, Saliba bir aylığa milli komandadan şərti olaraq uzaqlaşdırılıb. Eneme-Ella isə öz növbəsində biri şərti olmaqla, üç aylığa millidən kənarlaşdırılıb. Hər iki futbolçu öz klublarında çıxış edə biləcək.

Xatırladaq ki, futbolçuların intim hərəkətlərə yol verdiyi video fevral ayında yayılmışdı.