Venesueladan Trampın qərarına reaksiya - Bu, “iqtisadi təcavüz”dür

12:18 07-08-2019 438

Rəsmi Karakas ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı tətbiq etdiyi “iqtisadi blokada” məsələsinə reaksiya verib.

Qeyd olunub ki, Venesuela xalqı bunu ABŞ Prezidentinin yeni “iqtisadi təcavüz”ü adlandırır.

Bildirilib ki, D.Trampın bu qərarı 30 milyondan çox insana təsir edib:

“ABŞ bizi ticari mühasirəyə salıb. Onların yeganə məqsədi bizim bütün mal tədarükümüzün qarşısını almaqdır. Biz demokratiyamızın pozulmasına icazə verməyəcəyik və sülh içində yaşayacağıq”.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Venesueladan bütün növ mal tədarükünün dayandırılması barədə qərar qəbul edib. Qərarda Venesueladan bütün malların idxalına, satışına və ixraca qadağa qoyulduğu bildirilir.

Beləliklə, ABŞ-dan da Venesuelaya heç bir məhsul göndərilə bilməz.