Bakıda kişi arvadını və qayınanasını bıçaqladı

00:00 29-04-2021 628

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 

Belə ki, 1994-cü il təvəllüdlü Məcidova Aysel Asəf qızı və anası, 1973-cü il təvəllüdlü Əzizova Arzu Məzahim qızı kürəkəni tərəfindən bıçaqlanıblar. 

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.