Moskvadan Yerevana uçan təyyarə reysdən çıxarıldı

19:18 07-08-2019 468

Moskva–Yerevan reysi ilə uçan Rusiyanın “Nordvind” hava yollarına aid olan təyyarə reysdən çıxarılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə təyyarənin komandiri qəfil qərar qəbul edib.

O, açıqlanmayan səbəbdən sərnişinləri salondan düşürüb və hava gəmisini dayanacağa qaytarıb.

Hava yollarından bildirilib ki, sərnişinlər başqa təyyarə ilə göndəriləcəklər.