Yəməndə polislər prezident sarayına hücum etdi, üç nəfər öldü

20:36 07-08-2019 441

Yəmənin iqtisadi paytaxtı Ədəndə prezident sarayına hücum olub.

TASS xəbər verir ki, hadisə yerli polis bölmələrinin birinin əsgərləri ilə “Əl Maşik” sarayının mühafizəçiləri arasında baş verib.

İnsident zamanı üç nəfərin öldüyü, azı 10 nəfərin yaralandığı bildirilib.

Prezident sarayındakı qarşıdurmadan sonra Yəmənin cənubundakı muxtariyyət hərəkatının liderləri tərəfdarlarını etiraz aksiyasında iştirak etmək üçün “Əl Maşik” sarayına getməyə çağırıblar.