ABŞ-da növbəti silahlı hücum: bu dəfə qəzet binasına

21:18 07-08-2019 480

ABŞ-da növbəti silahlı hücum hadisəsi olub.

REN TV xəbər verir ki, bu dəfə kimliyi məlum olmayan silahlı kişi mətbuat orqanının redaksiyasına hücum edib. O, “USA Today” nəşrinin yerləşdiyi inzibati binaya daxil olub.

Həmin vaxt binada olan şəxslər təcili şəkildə evakuasiya ediliblər.

Hələlik ölən və yaralananlar haqqında məlumat yoxdur.

Qeyd edək ki, bu, son günlər ABŞ-da baş verən dördüncü silahlı hücumdu.