“Neftçi” Keşlə səfərində

12:20 03-05-2021 406

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

HerGun.Az xəbər verir ki, bu gün iki matç keçiriləcək. Çempionluğa oynayan və hazırda ikinci sırada olan “Neftçi” Azərbaycan Kubokunun finalına vəsiqə qazanmış “Keşlə”nin qonağı olacaq.

Azərbaycan Premyer Liqası

25-ci tur

3 may

18:00 “Keşlə” – “Neftçi”
Baş hakim: Əliyar Ağayev
Bakı. “ASK Arena”

20:15 “Səbail” – “Qəbələ”
Baş hakim: İnqilab Məmmədov
Bakı. “ASCO Arena”

Turun “Sumqayıt” – “Sabah” və “Qarabağ” – “Zirə” oyunları sabah keçiriləcək.