Boris Conson: 31 oktyabra qədər Avropa İttifaqını tərk edəcəyik

02:27 08-08-2019 446

İngiltərənin yeni baş naziri Boris Conson Breksitlə bağlı yeni açıqlama verib.

HerGun.Az xəbər verir ki, Conson  İngiltərənin 31 oktyabr tarixinə qədər Breksiti reallaşdıracağını bildirib.

O, bu açıqlamanı Twitter səhifəsində edib. Məlum olub ki, İngiltərə 31 oktyabra qədər Avropa İttifaqından çıxacaq.

“Demokratiyaya olan etibarımızı yenidən əldə edəcəyik və Aİ-ni 31 oktyabra qədər tərk edəcəyik”, - deyə açıqlamada bildirilir.