Qırğızstan xüsusi təyinatlıları Atambayevin evini tuta bilmədi: ölən və yaralananlar var – VİDEO

03:45 08-08-2019 694

Qırğızstan Respublikasının xüsusi təyinatlıları sabiq prezidenti Almazbek Atambayevin Koy-Toş kəndindəki evinə hücum ediblər.

RİA Novosti” xəbər verir ki, A.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq xüsusi təyinatlılara mane olmaq istəyib.

Qarşıdurma nəticəsində 1 nəfər ölüb, 43 nəfər yaralanıb. Sabiq prezidenti ələ keçirmək mümkun olmayıb.

A.Atambayev çıxış edərək hadisənin baş verməsində ölkə rəhbərliyini günahlandırıb:
“Məni tutmağa “Alfa” antiterror dəstəsi göndərilib. Məyəm biz terrorçuyuq? Bura dinc əhali gəlib, çoxu mənimlə şəkil çəkdirməkdən ötrü və günahsız insanlar yaralanıb. Bu hazırki rəhbərliyin qəttarlığını göstərir”.  

A.Atambayev 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.