Yatmadan əvvəl qəhvə içmək yuxuya təsir edirmi? - Alimlər açıqladı

04:27 08-08-2019 564

Yeni bir tədqiqat yuxudan əvvəl qəhvə və çay içməyin yuxuya təsir etmədiyini üzə çıxarıb.

HerGun.Az türk KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Atlantik universiteti və Harvard universiteti tibb fakultəsinin tədqiqatçıları belə qənaətə gəliblər.

Onlar 785 könüllünü 5 min 164 gün gecə və gündüz izləyərək qəbul etdikləri kofein, spirt və nikotini qeyd ediblər. Sonra isə məlumatlar təcrübədə iştirak edənlərin yuxu məlumatları ilə müqayisə edilib.

Məlum olub ki, nikotin və spirtli içki yuxunu bölür, kofein isə yuxuya təsir etmir.

Yatmadan əvvəl çəkilən siqaret yuxuya getməkdə çətinliyi olanlarda ümumi yuxu müddətini 42 dəqiqə azaldır. Gecə vaxtı siqaret çəkmək də yuxu müddətini 43 dəqiqə azaldır.