Axtarışda olan Rusiya vətandaşı Azərbaycanda ələ keçdi

17:00 06-05-2021 498

Axtarışda olan Rusiya vətəndaşı Azərbaycan ərazisində saxlanılaraq öz ölkəsinə təhvil verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı Əsgərov Eldar İsmayıl oğlunun 01.10.2016-cı il tarixdən 13.12.2017-ci il tarixədək olan dövr ərzində Novosibirsk şəhərində külli miqdarda aksiz markası ilə markalanmalı olan alkoqol məhsullarını marka olmadan satma məqsədi ilə istehsal edib saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyası Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Eldar Əsgərov bu il mayın 6-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təhvil verilib.