Emin Əmrullayev canlı yayımda sualları cavablandıracaq - FOTO

21:40 06-05-2021 317

Təhsil Naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən təhsillə bağlı maraqlı qalan sualları cavablandıracaq. 

Bu barədə nazir öz “Facebook” səhifəsində paylaşım edib. 

Bildirilib ki, 8 may saat 16:00-da baş tutacaq canlı yayımda aşağıdakı mövzulara toxunulacaq:

- Pandemiya dövründə tədrisin təşkili.
- Müəllimlərin işə qəbulu və yerdəyişməsi.
- 1-ci sinfə qəbul.
- Təhsil haqqı ödənişlərində sosial paket.