Mehriban Əliyeva: “Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır” - FOTO

23:20 12-05-2021 493

“Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır”.

Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstaqram” səhifəsində yazıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər”, - deyə Birinci vitse-prezident qeyd edib.