Özbəkistandan Qurani-Kərim üçün dünya rekordu - FOTO

18:20 14-05-2021 489

Özbəkistanda dünyanın ən böyük əlyazma Quran səhifəsi hazırlanıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məlumata görə, əlyazma, Teymurilər imperatorluğunun üçüncü hökmdarı Şahrux Mirzə üçün hazırlanmış (XIV əsr) Quran səhifəsinin genişləndirilmiş nüsxəsidir.

Yaxın gələcəkdə şah əsərinin “Ginnesin Rekordlar Kitabı”na daxil edilməsi üçün müraciət ediləcək.