İnsult keçirən aktyorun vəziyyəti normallaşıb

02:00 09-08-2019 452

Əfsanəvi fransız film aktyoru Alen Delon insultdan sonra İsveçrədə müalicəsinə davam edir.

Aktyorun oğlu Entoni Delonun bildirdiyinə görə, bir neçə həftə əvvəl insult keçirən atası bu gün də xəstəxanada müalicə alır.

HerGun.Az-ın Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, 83 yaşlı aktyor özünü daha yaxşı hiss edir, vəziyyəti qənaətbəxşdir.

Delon son üç həftəni Parisdəki klinikaların birinin reanimasiya şöbəsində keçirib.