İtaliyada miqrantları xilas edənlərlə bağlı sərt qərar verildi

02:18 16-06-2019 610

İtaliya hökuməti miqrantlarla bağlı yeni qərar verib. Belə ki, miqrantların ölkəyə gətirilməsi üçün qayıq yollayan qeyri-hökumət təşkilatları 50 min avro məbləğində cərimələnəcəklər.  

HerGun.Az-ın məlumatına əsasən, bu barədə "The Guardian" yazır.

İtaliya prezidenti Serco Mattarella daxili işlər naziri Matteo Salvini tərəfindən irəli sürülən sərəncamı artıq imzalayıb.  

Sərəncama artıq “dənizdə insan həyatını xilas edən qeyri-hökumət təşkilatlarına müharibə elanı” adı verilib. 

Qeyd edək ki, İtaliya hökuməti xilasedicilərin gəmilərinin sahilə yan almağına dəfələrlə qadağa qoyub. BMT-nin Ali komissarının İdarəsinin məlumatına əsasən, 2019-cu ildə İtaliyaya Şimali Afrikadan 1940 nəfər gəlib və daha 350 nəfər isə yolda ölüb. Beləliklə, miqrantların bu yolla gəlməsi nəticəsində ölüm halları 15%-dan artıq təşkil edir.