Lüksemburqda marixuana tam leqallaşdırılacaq

04:27 09-08-2019 466

Lüksemburq marixuananın tam leqallaşacağı ilk Avropa dövləti olacaq.

HerGun.Az-ın "The Guardian"-a istinadən verdiyi xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Etyen Şnayder açıqlama verib. O, söyləyib ki, bu narkotik maddənin qadağan edilmiş statusu  yalnız ona gənclərin marağını artırır.

Nəşrin məlumatına görə, ölkənin yalnız yetkin vətəndaşları marixuana əldə edə biləcəklər. Əcnəbilər və turistlər qanuni şəkildə marixuana əldə edə bilməyəcəklər.

Qanunvericilikdəki dəyişiklik iki il ərzində qüvvəyə minəcək. Marixuananın istehsalı və paylaşdırılması isə xüsusi yaradılmış agentlik vasitəsi ilə tənzimlənəcək