Ölümcül ehtiras: sevgililərin körpü qırağında öpüşü sonuncu oldu – VİDEO

05:09 09-08-2019 596

Perunun Kusko şəhərində öpüşən cütlüyün körpüdən aşması kameralara düşüb.

The Daily Mail” xəbər verir ki, 34 yaşlı Meybet Espinosa və 36 yaşlı Ektor Vidal körpüdə dayanırlar və kənardakı tutacaqlara söykənib öpüşməyə başlayırlar.

Bu zaman qadın tarazlıqı itirərək aşağı yıxılır və oğlanı arxasıyca dartır. 15 metr hündürlükdən yıxılan cütlük yerindəcə dünyasını dəyişib.