Yağış Sumqayıt-Bakı qatarında gecikməyə səbəb oldu

09:27 09-08-2019 368

Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarı 20 dəqiqə gecikib.

Oxu.az xəbər verir ki, qatarın gecikməsinə yağışlı hava şəraiti səbəb olub.

07:50-də Sumqayıt Dəmir Yolu Vağzalından çıxan qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də çatıb. Hətta Bakıya gələn qatar yolda bir necə dəfə dayanıb.

Sevinc Yasinqızı