Ərdoğanın Bakıya səfər tarixi bilindi

09:45 09-08-2019 661

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatik təmasları gücləndirir.

“Takvim” xəbər verir ki, sentyabrın 11-də Ankarada Türkiyə, Rusiya və İranın iştirakı ilə Suriya məsələsi üzrə zirvə görüşü keçiriləcək.

Görüşdə İdlib və Fəratın şərqindəki proseslər başda olmaqla, Suriyada baş verən hadisələr müzakirəyə çıxarılacaq.

Həmçinin “sülh dəhlizi”nin yaradılması planları ilə bağlı danışıqlar aparılacaq.

24 sentyabrda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin sessiyasında iştirak edəcək.

R.T.Ərdoğan oktyabrın 3-də isə Azərbaycana səfər edəcək. O, Bakıda keçiriləcək Türk Şurası nın iclasına qatılacaq.  

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.