Baş nazirdən dövlət qulluqçusu olmayan işçilərin maaşı ilə bağlı - QƏRAR

10:18 09-08-2019 481

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı Baş nazir Novruz Məmmədov “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişikliyi təsdiq edib.

Dəyişiklik Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarın 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

“- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin: 

Ali kateqoriya dövlət orqanlarında - 310 manat;

1-ci kateqoriya dövlət orqanlarında - 295 manat;

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında - 280 manat;

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında - 260 manat”.

Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.