Ucarda “Range Rover” aşıb: yaralılar var - FOTO

10:45 09-08-2019 346

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza bu gün Bakı-Qazax magistralının Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Range Rover” markalı 90 EX 747 dövlət nömrə nişanlı minik maşınının sürücüsü idarəetməni itirərək aşıb.

Nəticədə, Bakı sakinləri - 1970-ci il təvəllüdlü İbrahimova Firuzə İman qızı, 1989-cu il təvəllüdlü İbrahimova Humay Ramiz qızı və 2012-ci il təvəllüdlü İbrahimov Müseyib Rahib oğlu müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev