Nazir müavini obyektlərin cərimələnməsinin əsas məqsədini açıqladı

12:45 09-08-2019 364

Nazirliyin məqsədi obyektləri cərimələmək deyil, Xəzəri çirkləndirilməməsinə nail olmaqdır.

Bunu HerGun.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. 

Onun sözlərinə görə, Xəzəri çirkləndirənlərə müəyyən vaxt verilir:

“Həmin müddət ərzində obyekt sahibləri bu nöqsanı aradan qaldırmalı, təmizləyici qurğunu quraşdırmalıdır. Xəbərdarlığımıza məhəl qoymayan obyektlər isə tərəfimizdən cəzalandırılır.

Müddətin verilməsi müəssisənin gücündən asılıdır. Bəzi obyekt sahibləri cəriməni görən kimi qorxmağa başlayır.

Obyekt sahibləri bilməlidir ki, onlar Xəzərə axıtdığı suyu texniki su kimi istfadə edə bilərlər”.

Samir İsayev