Şəmkir sakini həmyerlisini kürəyindən bıçaqladı

13:18 09-08-2019 494

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əmir Abdullayev həmyerlisi, 1998-ci il təvəllüdlü Malik Amil oğlu Abdullayevi kürək nahiyəsindən bıçaqlayıb.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti kafidir. Ə.Abdullayev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev