Bakıda 19 yaşlı oğlan beş yerindən bıçaqlandı

11:20 27-05-2021 503

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Qarayev Orxan Elçin oğlu naməlum şəxslərlə dava zamanı onun qol, baş və ayaq nahiyələrinə ümumilikdə beş bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.