San-Fransisko səs-küydən uzaq olmaq üçün avtomobildən imtina edir - FOTO

08:00 28-05-2021 520

ABŞ-ın San-Fransisko şəhərinin (Kaliforniya) hökuməti sakinləri məmnun etmək üçün bir neçə sıx nəqliyyat yolunu piyada yoluna çevirib.

Bu barədə “Associated Press” xəbər verib.

Məlumata görə, sakinlər təhlükəsizlik və sakitçilik naminə şəhərin nəqliyyatdan azad olunmasını istəyir.

Qeyd edək ki, koronavirus pandemiyası başlanandan şəhərin Sakit  okean çimərliyi ilə həmsərhəd olan əsas magistral yolu nəqliyyat üçün bağlanıb. Bu addım karantin müddətində insanların qaçmasına və velosiped sürməsinə şərait yaradılması üçün edilib.

Ümumilikdə 72 kilometrdən çox küçə nəqliyyatdan azad edilib.

Əhalinin əksər hissəsi pandemiyadan sonra da küçələrin nəqliyyatdan azad olmasının tərəfdarıdır.