“Avroviziya-2021” onlayn davam edəcək

08:40 28-05-2021 470

“Avroviziya-2021”-in rəsmi “YouTube” kanalında musiqi şousunun davamı ilə bağlı anons yerləşdirilib.

Qeyd edilir ki, “Avroviziya” onlayn davam edəcək.

Təşkilatçılar koronavirus səbəbiylə məhdudiyyətlər olduğu təqdirdə iştirakçıların yarışma üçün əvvəlcədən hazırlanan çıxışlarının videolarını göstərəcəklərini vəd ediblər. Yarımfinalçılarla videoçarxlar 28 mayda Bakı vaxtı ilə saat 23:00-da, finalçılarla isə 29 mayda eyni vaxtda nümayiş olunacaq.

“Hər bir iştirakçı ölkənin canlı ifanın ehtiyat qeydləri üzərində işinə hörmət əlaməti olaraq (iştirakçıların Rotterdama getməməsi halında) iki xüsusi şou yaratdıq”, - deyə məlumat verilir.

Xatırladaq ki, yarışmanın finalı mayın 22-də baş tutub. İtaliya təmsilçisi birinci yerə çıxıb.