Qurban bayramında dörd gün dincələcəyik

14:18 09-08-2019 391

Azərbaycanda Qurban bayramı ilə əlaqədar dörd gün qeyri-iş günüdür.

HerGun.Az xəbər verir ki, bayram günləri həftə sonuna düşür. 

Belə ki, avqust ayının 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyi üçün, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü ölkədə qeyri-iş günüdür.

Növbəti iş günü avqustun 14-dən başlayacaq.

Könül Cəfərli