Patruşev Ermənistana gedir

14:45 09-08-2019 381

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistana gedəcək.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata əsasən, N.Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 12-də Ermənistana səfər edəcək.

Səfər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəvəti ilə reallaşacaq.