Şabranda iki uşaq atası özünü tövlədə asdı

15:36 09-08-2019 374

Şabranda intihar hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb.

Kənd sakini, 31 yaşlı Səbuhi İsmixanov bir ay öncə mal-qarası üçün tikdiyi tövlədə özünü asıb. 

S.İsmixanov ailələidir, iki övladı var.

Faktla bağlı araşdırma aparılır. 

Tehran Orucoğlu