Sabirabadda kürəkən qayınata və qayınanasını bıçaqladı

23:40 30-05-2021 803

Sabirabadda ər və arvad kürəkənləri tərəfindən bıçaqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Axıska kənd sakinləri - Əliyev İlqar Ağakişi oğlu və onun həyat yoldaşı Əliyeva Ziyafət Səməd qızı kürəkənləri ilə aralarında yaranan mübahisə zamanı çoxsaylı bıçaq zərbəsi alıblar.

Hər iki yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.