Beş dəfə “Qremmi” mükafatı almış Bi Cey Tomas vəfat etdi - FOTO

00:00 31-05-2021 961

Ameriaklı pop və kantri ifaçısı Bi Cey Tomas vəfat edib.

Bu barədə mərhumun “Twitter” səhifəsi məlumat yayıb.

“Variety” nəşrinin məlumatına görə, o, ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkib.

Musiqiçi karyerası ərzində beş dəfə “Qremmy” mükafatına layiq görülüb. Onun vizit kartı isə “Raindrops Keep Fallin’ on my Head” kompozisiyası olub.

Bugünədək Tomasın dünya üzrə 70 milyondan çox albomunun satıldığı bildirlib.