Ledi Qaqanın “Qızıl Qlobus” alan mahnısı plagiatdır - İDDİA

16:18 09-08-2019 559

Dünya şöhrətli müğənni Ledi Qaqanın başı dərddədir. Sənətçini plagiatda ittiham edən bəstəkar ona milyonlarla dollar dəyərində təzminat davası açıb.

HerGun.Az-ın məlumatına görə, Stiv Ronsen adlı musiqiçi iddia edib ki, “Bir ulduz doğuldu” filmində səslənən “Shallow” mahnısı onun 2012-ci ildə çıxardığı “Almost” adlı bəstənin plagiatıdır.

S.Ronsen və vəkillər qrupu müğənniyə qarşı “milyonlarla dollar” ödəməyi tələb edən iddia ərizəsi verməyə hazırlaşırlar.

L.Qaqanın vəkili bəstəkarın ona qarşı irəli sürdüyü ittihamlara reaksiya verib. O bildirib ki, qarşı tərəf heç nəyə güvənməsin, onlardan bu pulu ala bilməyəcək.

Qeyd edək ki, bir neçə həftə öncə müğənni Keti Perrinin 2013-cü ildə buraxdığı “Dark horse” hitinin də plagiat olduğu ortaya çıxıb. Qalmaqallı hadisəni araşdıran məhkəmə Ketini günahkar sayıb, qarşı tərəfə, yəni repçiyə bəraət qazandırıb.

Xatırladaq ki, L.Qaqa yer aldığı “Ulduzun doğuluşu” filmi üçün bəstələdiyi “Shallow” mahnısına görə iki “Qremmi”, bir “Qızıl Qlobus” mükafatını aldıqdan sonra “Ən yaxşı film mahnısı” üzrə “Oskar”a da sahib olub.

Rəşad Əliyev