Rusiyada 34 yaşlı şəxs azərbaycanlı tərəfindən bıçaqlandı

16:36 09-08-2019 381

Rusiyanın Leninqrad vilayətində 1985-ci il təvəllüdlü şəxs bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. 

HerGun.Az xəbər verir ki, bıçaqlanma hadisəsi Luqa şəhərində axşam saat 20:00-da baş verib.

Cinayətkar gizlənə bilib, amma hadisədən təxminən bir saat sonra onu saxlayıblar.

Məlum olub ki, hadisəni törədən 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.  

Hadisə yerində ayaqqabı izləri aşkarlanıb, travmatik tapançanın üç gilizi götürülüb.