Beyonse və Cey-Zi dünyanın ən bahalı avtomobilini sifariş ediblər – FOTO

05:20 01-06-2021 534

Beyonse və Cey-Zi ulduz cütlüyü dünyanın ən bahalı avtomobilini sifariş ediblər.

“Telegraph” nəşrinin məlumatına görə, onlar məhdud sayda istehsal olunan “Rolls-Royce Boat Tail” kabrioletini əldə etməyə hazırlaşırlar.

Məlumata görə, bu modeldən cəmi 3 ədəd hazırlanacaq. Xüsusi olaraq, sözügedən model üçün 1800 yeni ehtiyat hissəsi istehsal olunacaq.

Avtomobilin qiyməti 28 milyon dollardır.