Bərdədə film kimi cinayət: qonşular torpaq üstdə bir-birini bıçaqladı

21:27 09-08-2019 570

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri - 1957-cü il təvəllüdlü Şəmsəddin Səlimovla 1957-ci il təvəllüdlü Elman Qasımov əkin sahəsində mübahisə ediblər.

Torpaq üstündə düşən dava qanla bitib. Hadisə zamanı Ş.Səlimov üstündə olan bıçaqla qonşusu E. Qasımovun kürəyindən bir bıçaq zərbəsi endirib.

Yaralı Elman Qasımov xəstəxanada tibbi yardım aldıqdan sonra xəstəxananı özbaşına tərk edərək Bərdə şəhəri ərazisində (köhnə bazar adlanan ərazidə) ona xəsarət yetirən Şəmsəddin Səlimovu tapıb və qisasını almaq üçün Ş.Səlimovun ayağından bıçaq xəsarəti yetirib.

Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.