Şəmkirdə yaşlı kişini maşın vurub öldürdü

22:27 09-08-2019 357

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı avtomobil yol ilə hərəkət edən Yeni Həyat kənd sakini, təxminən 60 yaşlarında olan Hüseyn adlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.