Ağdaşda 13 yaşlı qız intihara cəhd etdi

01:45 10-08-2019 590

Ağdaşda 13 yaşlı qız özünü asaraq intihara cəhd edib.

HerGun.Az xəbər verir ki, rayonun Nəsimi küçəsində 2006-cı il təvəllüdlü Yunusova Minəsultan Sadiq qızı yaşadığı evin həyətində özünü asıb.

O, əvvəlcə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıya xəstəxanaya çatdırılıb.

M.Sultanova reanimasiya şöbəsinə yerləşdirlib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbədən baş verməsi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu