Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü

02:00 10-08-2019 455

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı “Opel” markalı minik avtomobili ilə “VAZ-21011” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-21011” markalı avtomobildə olan sərnişin Y.Həmidov ölüb.

Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.