Uqandanın yeni hökumətinə 82 nazir daxil olub

00:20 11-06-2021 17

Uqanda prezidenti Yoveri Museveni tərəfindən yeni hökumət formalaşdırılıb.

“Haber Global” məlumat verir ki, bu ilin yanvar ayında keçirilən növbəti prezident seçkilərində qələbə qazanan və altıncı dəfə ardıcıl olaraq dövlət başçısı seçilən Museveninin yeni hökumətinə 82 nazir daxil olub. Onlardan 50-si dövlət, 32-si isə kabinet nazirləridir.

Yeni nazirlərdən biri prezidentin xanımı Canet Musevenidir. O, Təhsil naziri təyin olunub.

Qeyd edək ki, Y.Musaveni 1986-ci ildən bəri Uqandaya rəhbərlik edir. O, 1996, 2001, 2006, 2011 və 2016-cı illərdə keçirilmiş öncəki prezident seçkilərində də qalib gəlib.