Zəlzələ daha çox bu kəndlərdə qeydə alınıb, dağıntı yoxdur

12:45 10-08-2019 362

Zaqatalada baş verən zəlzələ Qax rayonunun mərkəzində, eləcə də Güllü, Zərnə və Ləkit kəndlərində hiss edilib.

Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsinin HerGun.Az-a verdiyi məlumata görə, zəlzələ daha çox Güllü kəndində hiss olunub:

“Zəlzələnin maqnitudası Zaqatala rayon mərkəzində olduğu üçün təkanlar daha çox ora yaxın kəndlərdə - Çobankol, Muxax və digər yaşayış məntəqələrində qeydə alınıb. Amma hər hansı dağıntı yoxdur”.

Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə qeydə alınıb. Təkanlar episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Sevinc Yasinqızı