Hadisə yerinə gələn yol polisləri özləri ölümcül qəzaya düşdülər - VİDEO

02:40 13-06-2021 342

Rusiyanın Klin şəhərində yol nəqliyyat hadisəsini qeydə almağa gələn polislərin özləri ölümcül qəzaya düşüblər.

Bu barədə “Life Shot” “Telegram” kanalı kadrlar yayıb.

Bildirilir ki, üç maşının toqquşduğu qəza yerinə yollanan müfəttişlərin xidməti avtomobilini yük maşını vurub. Hadisə nəticəsində 28 yaşlı müfəttiş həlak olub. Avtomobildə olan digər iki hüquq mühafizəçilər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.