“Kurtlar Vadisi”nin Leylası onu təhdid edən pozğundan danışdı

07:00 14-06-2021 555

Vaxtilə məşhur “Kurtlar Vadisi” serialına çəkilən türkiyəli akrtrisa Çiğdem Batur illər öncə onu izləyən bir şəxsin yenidən ortalığa çıxdığını bildirib.

“Haber Global”ın məlumatına görə, serialda vəkil Leyla obrazını canlandıran aktrisa özünün və ailəsinin təhdid edildiyini bəyan edib.

“Ustündən 4-5 il keçməsinə baxmayaraq, bu pozğun cəza almadığı üçün yenidən ortalığa çıxıb. Mobil telefonla bizi təhdid edir. Mən bu işin izini buraxmayacağam”, - deyə Ç.Batur qeyd edib.