Nəsimi rayonunun bir hissəsində su kəsilib

17:40 14-06-2021 248

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi rayonunun 1-5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.