AVRO-2020: Dünya və qitə çempionları İsveçin müqavimətini qıra bilmir - YENİLƏNİR

00:00 15-06-2021 381

Oyunda ilk hissə başa çatdı. Dünya və Avropa çempionu İspaniyanın diqtəsi ilə keçən görüşdə hesab açılmayıb.

23:03

İspaniya – İsveç oyunu başladı. Görüşdə topa ilk toxunan komanda İsveç oldu.

22:26

Bu gün AVRO-2020-nin mərkəzi görüşü keçiriləcək.

HerGun.Az xəbər verir ki, üçqat Avropa çempionları olan İspaniya Sevilya şəhərində son illər tez-tez rəqib olduğu İsveçi qəbul edəcək.

E qrupunun ikinci görüşünə komandalar bu start heyətlə meydana çıxacaq:

İspaniya (4-3-3): Unai Simon, Markos Lyorente, Laport, Pau Tores, Xordi Alba (kapitan), Koke, Rodri, Pedri, Feran Tores, Morata, Olmo

İsveç (4-4-2): Olsen, Auqistinson, Danielson, Lindelöf, Lustiq, Forsberi, Ekdal, Olson, Sebastian Laşon (kapitan), İsak, Beri

Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səbuhi Musayev