Merve Boluğur dərin dekolteli geyimi ilə bütün diqqətləri üzərində topladı - FOTO

04:20 15-06-2021 549

Gənc olmasına baxmayaraq film sahəsində istedadı ilə özünü sevdirən türkiyəli aktrisa Merve Boluğur dərin dekolteli qırmızı geyimi ilə yenidən diqqət mərkəzinə düşüb.

Bununla bağlı fotosunu o, özünün “Instagram” hesabından paylaşıb.

Ancaq özünü “kraliça” adlandıran aktrisanın fotosu birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri onun geyimini bəyənsə də, makiyajının peşəkar səviyyədə edilmədiyini bildiriblər.

“Kirpiklər imici zədələyib”, “Səni çox sevirəm, amma kipriklərin məni narahat etdi”, “Makiyajın uğurlu olmayıb”, - kimi şərhlərlə pərəstişkarları tənqidlərini bildiriblər.